Şamaxıda iki avtomobil toqquşdu: 4 nəfər xəsarət alıb

Qəzalar 16 Avqust 2019 10:57 Oxunub 855
Şamaxıda iki avtomobil toqquşdu: 4 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakı-Şamaxı yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə ötən gecə saat 1:00 radələrində magistral yolun Şamaxının Meysəri kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 90-EB-056 dövlət nömrə nişanlı "VAZ 2107" və 10-ML-960 dövlət nömrə nişanlı "Tofaş" markalı minik avtomobillərinin toqquşması nəticəsində Şamaxı sakinləri -1965-ci il təvəllüdlü Zahidov Qabil Umbay oğlu, 1976-cı il təvəllüdlü Zahidov Zahir Umbay oğlu, 1993-cü il təvəllüdlü Qeybalıyev Elnur Mais oğlu və İsmayıllı sakini, 1994-cü il təvəllüdlü Xaliqzadə Əkbər Elşad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh