"Ford" 108 mindən çox avtomobilini geri çağırıb

Avtoxəbər 16 Avqust 2019 11:45 Oxunub 1453
"Ford" 108 mindən çox avtomobilini geri çağırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət bəzi maşınlarındakı texniki problemi həll etmək üçün bu addımı atıb

ABŞ-ın avtomobil istehsalçısı "Ford" 108 mindən çox orta qabaritli avtomobilini geri çağırıb. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, şirkət bəzi maşınlarındakı texniki problemi həll etmək üçün bu addımı atıb, çünki yaranmış problem qəza zamanı təhlükəsizlik kəmərlərinin insanları saxlamasına mane ola bilər. "Ford Fusion" və "Lincoln MKZ" modellərinin 2015-ci ildə buraxılmış bəzi variasiyaları bu qəbil avtomobillərdəndir. Şirkətdən bildiriblər ki, qabaq oturacaqlarda təhlükəsizlik kəmərlərinin kabelləri qızma nəticəsində öz möhkəmliyini itirməsi və qəza zamanı sərnişinləri lazımi şəkildə saxlamağı bacarmaya bilər.

Şirkətin nümayəndələri bildiriblər ki, administrasiya bu problem nəticəsində bir sürücünün zədə alması barədə məlumatlandırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh