Qaçırıldığı motosikleti yolda görüb şoka düşdü: maşınla 2 nəfəri yaraladı - FOTO

Avtosfer Foto 16 Avqust 2019 13:21 Oxunub 1544
Qaçırıldığı motosikleti yolda görüb şoka düşdü: maşınla 2 nəfəri yaraladı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərazidə olan gənclərin yaxınları ilə A.E. arasında qısa müddətli mübahisə yaşanıb

Türkiyənin Aydın vilayətində sürücü qaçırıldığı motosikletini görüb hadisə törətməsi nəticəsində 2 nəfərə xəsarət yetirib. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, polisə motosikletinin oğurlandığı ilə bağlı şikayət edən A.E, avtomobili ilə İsmət Sezgin Bulvarında motosikletini görüb. A.E, dayandırmaq istədiyi motosikleti avtomobili ilə vurub. Qəzada aşan motosikletdə S.K. (16) ilə E.K. (13) yaralanıb. Xəstəxanaya yerləşdirilən yeniyetmələrin həyatı təhlükələrinin olmadığı bildirilib.

Bu arada ərazidə olan gənclərin yaxınları ilə A.E. arasında qısa müddətli mübahisə yaşanıb.

Tərəfləri ayıran polis əməkdaşları motosikletin oğurluq olduğunu müəyyən ediblər.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh