Mənzilə soxulan şəxs istəyinə nail olmadığına görə evdəkiləri döyüb

Gündəm 16 Avqust 2019 13:53 Oxunub 753
Mənzilə soxulan şəxs istəyinə nail olmadığına görə evdəkiləri döyüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z.Əmirov saxlanılıb

Səbail rayonu ərazisindəki evlərdən birinə quldurluq məqsədi ilə girməkdə şübhəli bilinən Z.Əmirov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, avqustun 15-də Səbail rayonu ərazisindəki evlərdən birinə aldatma yolu ilə girmiş naməlum şəxs ev sahibəsini və qonağı olan daha bir qadını bıçaqla hədələyib pul vermələrini tələb etmiş, istədiyinə nail olmadığından onları döyüb hadisə yerini tərk edib.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Əmirov saxlanılıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh