“Xaliq Faiqoğlu” şirkətində “İstehsalat təcrübəsi - II” proqramı başa çatıb - FOTO

Gündəm 16 Avqust 2019 15:37 Oxunub 1561
“Xaliq Faiqoğlu” şirkətində “İstehsalat təcrübəsi - II” proqramı başa çatıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkətin baş direktoru Faiq Seyidov və Elton Məmmədovun iştirakı ilə tədbir keçirilib

“Xaliq Faiqoğlu” şirkəti ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilən tələbələrin “İstehsalat təcrübəsi - II” proqramının icrası başa çatıb. Avtosfer.az xəbər verir ki, bu münasibətlə avqustun 16-da şirkətin baş ofisində şirkətin baş direktoru Faiq Seyidov və AzTU-nun strateji inkişaf üzrə prorektoru Elton Məmmədovun iştirakı ilə tədbir keçirilib. 
Universitetin Nəqliyyat fakültəsinin bir qrup tələbəsinin də iştirak etdiyi tədbirdə çıxış edən “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov gənclərin peşəkar kadr kimi formalaşmasında hər zaman lazımi dəstəyin göstərildiyini, onların bilik və bacarıqlarının artırılması üçün təcrübə proqramının yüksək səviyyədə təşkil edildiyini bildirib. F.Seyidov gənclərin yüksək peşə qabiliyyətli mütəxəssis kimi özlərini təsdiq edəcəklərinə və yaxın gələcəkdə öx ixtisaslarına uyğun sahələrdə çalışacaqlarına inandığını ifadə edib.
Daha sonra çıxış edən universitet nümayəndələri göstərilən diqqətə və yaradılan şəraitə görə təşəkkür ediblər. Azərbaycan Texniki Universiteti və “Xaliq Faiqoğlu” şirkəti arasında gələcək əməkdaşlığa dair müqavilənin imzalanmasından sonra yüksək nəticələr götərmiş gənclərə şirkət tərəfindən sertifikatlar təqdim edilib.
Qeyd edək ki, təcrübə proqramı zamanı “Xaliq Faiqoğlu” şirkətinin yerli və xarici mütəxəssisləri bilik və bacarıqlarını tələbələrlə bölüşüb.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh