Qaz balonunun içərisindən 9600 ədəd siqaret aşkarlanıb - FOTO

Gündəm 16 Avqust 2019 20:07 Oxunub 761
Qaz balonunun içərisindən 9600 ədəd siqaret aşkarlanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, "Samur" gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiya Federasiyasından daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "VAZ 21093" markalı avtomobil saxlanılıb.

Komitədən Avtosfer.az-a verilən məlumata görə, gömrük baxışı zamanı sözügedən nəqliyyat vasitəsinin baqajında, yanacaq çəni üçün nəzərdə tutulan qaz balonunun içərisində gömrük nəzarətindən gizlədilən 9600 ədəd "Heets" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh