"Çeşka" yolda qaldı, "ML"dən düşüb belə kömək etdilər - VİDEO
Avtosfer TV 17 Avqust 2019 09:39 4800 dəfə oxunub
"Çeşka" yolda qaldı, "ML"dən düşüb belə kömək etdilər - VİDEO
Bu görüntülər əsl insanlıq dərsidir

Bakı şəhəri, Ziya Bünyadov prospektindəki körpünün üstündə köməksiz vəziyyətdə qalan taksi sürücüsünə digər bir vətəndaş kömək edir.

Avtosfer.az xəbər verir ki, hadisə yaxınlıqdakı kameralardan birinə düşüb. 90 DK 364 dövlət nömrə nişanlı, üzərində “taksi” nişanı olan “Mercedes” markalı avtomobil nasazlıq üzündən dayanır. Sürücü körpünün üstündə təkbaşına olaraq maşını itələməyə başlayır.

Bu zaman arxadan gələn 10 BE 014 dövlət nömrə nişanlı, “Mercedes ML” markalı avtomobil sürəti azaldır. Maşından düşən sərnişin tez digər sürücünün köməyinə qaçır. “Mercedes ML”i idarə edən sürücü isə qəza işıqlarını yandırır, əli ilə digər maşınlara işarə edərək təhlükəsizlik tədbiri görür. Bufer yaradaraq öndəki nasaz avtomobili itəliyənlər üçün şərait yaradır.

Videonu təqdim edirik:

 

Orxan Əli

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh