Cəlilabadda sərxoş sürücü körpünü uçurub, mağazaları dağıtdı

Qəzalar 16 Avqust 2019 22:45 Oxunub 2814
Cəlilabadda sərxoş sürücü  körpünü uçurub, mağazaları dağıtdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Cəlilabad rayonunda yol qəzası olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan "Ford" markalı avtomobil idarəetmədən çıxaraq "İncə" çayın üzərindəki körpünün dəmir məhəccərlərini qoparıb və körpünün bir hissəsi uçub. Daha sonra avtomobil yolun kənarındakı iki mağazaya çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da yol infrastrukturuna, avtomobilə və mağazalara ciddi ziyan dəyib.

İlkin ehtimala görə, qəzaya səbəb sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi olub.

Eyni zamanda, sürücünün gün ərzində daha bir yol qəzası törətdiyi də müəyyən olunub. O, bu hadisədən bir neçə saat əvvəl idarə etdiyi "Ford" maşınının rayon mərkəzində "VAZ 21 06" markalı avtomobil ilə toqquşduğunu da etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh