Bakıda avtomobildən bahalı qol saatları oğurlanıb
Gündəm
17 Avqust 2019 10:51
Oxunub 3312
Hadisəni törədən şəxslər Nəsimi RPİ tərəfindən axtarılır
Bakıda avtomobildən ümumi dəyəri 100 min manatdan çox olan bahalı qol saatları oğurlanıb.
APA xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.
Mirzə İbrahimov küçəsində yaşayan Anar Əliyev idarə etdiyi "Niva" markalı avtomobili yaşadığı binanın qarşısında saxlayıb. Ona məxsus avtomobildən hər birinin dəyəri 9 min manat olan 12 qol saatı oğurlanıb.
Hadisəni törədən şəxslər Nəsimi RPİ tərəfindən axtarılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR