Qubada toy karvanında qəza olub, xəsarət alan var - FOTO

Qaydalar 17 Avqust 2019 14:39 Oxunub 2202
Qubada toy karvanında qəza olub, xəsarət alan var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki “VAZ 2107” markalı avtomobil toqquşub

Avqustun 17-də Qubada toy karvanının tərkibində hərəkətdə olan nəqliyyat vasitəsinin qəzaya uğraması bir nəfərin xəsarət alması ilə nəticələnib. Hadisə Quba Olimpiya İdman Kompleksinin yaxınlığında qeydə alınıb. Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, Bakı-Quba yolunda baş verən hadisə zamanı rayon sakinləri Bəhruz Süleymanov və Rasim Aydəmirovun idarə etdikləri “VAZ 2107” markalı avtomobillər toqquşub. Qəzada B.Süleymanovun avtomobilində olan həyat yoldaşı yüngül xəsarətlər alıb.

Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh