Ukraynada hərbi helikopter qəzaya uğrayıb

Gündəm 17 Avqust 2019 15:40 Oxunub 1142
Ukraynada hərbi helikopter qəzaya uğrayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində zərərçəkən yoxdur

Ukraynanın qərbindəki Lvov vilayətində, Brodı şəhərinin hava limanında “Mi-2” hərbi helikopteri qəzaya uğrayıb.

“Report” “Teller Report”a istinadən xəbər verir ki, Dövlət Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, içərisində iki nəfər heyət üzvü olan helikopter havaya qalxan zaman 3-4 metrlik hündürlükdən yerə çırpılıb. 

Hadisə nəticəsində zərərçəkən yoxdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh