Dəhşətli qəzaya düşdü: utandığı piylər onu ölümdən xilas etdi - FOTO

Avtosfer Foto 17 Avqust 2019 17:59 Oxunub 3432
Dəhşətli qəzaya düşdü: utandığı piylər onu ölümdən xilas etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təhlükəsizlik kəməri qadının bədənini bağırsaqlarına qədər kəsib

30 yaşlı yeni zelandiyalı Monika Metyus köklükdən utanaraq arıqlamaq arzusunda olub. Ancaq artıq çəki, düşdüyü dəhşətli qəzada onu xilas edib. Avtosfer.az “the California Sun”a istinadən xəbər verir ki, qadın 3-cü uşağını dünyaya gətirdikdən sonra artıq çəki almağa başlayıb. Bir dəfə Monika rəfiqəsi və onun əri ilə birlikdə maşınla gedən vaxt onların avtomobilinə doğru qara rəngli furqon “uçub”.

Sürücü toqquşmadan qaçmağa cəhd edərək başqa istiqamətə dönmək istəsə də, buna vaxt çatmayıb.

Qəza nəticəsində Monika arxa oturacaqda sıxışıb. Zərbənin gücündən təhlükəsizlik kəməri onun bədənini bağırsaqlarına qədər kəsib. Bundan əlavə, onun qabırğaları da qırılıb.

Xəstəxanada həkim deyib ki, qadını artıq çəki xilas edib. Əgər o olmasa idi kəmər bədəni daha dərin kəsərdi və xəsarətlər daha ağır ola bilərdi.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh