Gəmi yandı: 7 ölü, daha 4 nəfər itkin düşüb

Gündəm 17 Avqust 2019 18:20 Oxunub 921
Gəmi yandı: 7 ölü, daha 4 nəfər itkin düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xilasedicilər itkin düşən şəxslərin axtarışlarına başlayıb

İndoneziyada gəmidə baş verən yanğın zamanı 7 nəfər ölüb. Avtosfer.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, insident ölkənin cənub-şərqi Sulavesi əyaləti sahillərində qeydə alınıb. Məlumata görə, daha 4 nəfər itkin düşüb. Ölənlər arasında 2 uşaq da var. Xilasedicilər itkin düşən şəxslərin axtarışlarına başlayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh