Daxili İşlər Nazirliyinin görən gözü, eşidən qulağı - 102 xidməti - VİDEO

Yol polisi 18 Avqust 2019 00:45 Oxunub 24298
Daxili İşlər Nazirliyinin görən gözü, eşidən qulağı - 102 xidməti - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzən zəngləri qəbul edən xanım polislərlə kobud rəftar edənlər də çıxır

Bir gün ərzində Daxili İşlər Nazirliyinin "102" - Zəng Mərkəzinə 4-5 minə qədər zəng daxil olur. Avtosfer.az-ın məlumatına görə, zənglərin bir qismi cinayət və hadisələrlə bağlı olur, digərləri isə ümumiyyətlə polisə aid olmayan mövzulardır. "102" - Zəng Mərkəzi Sisteminin rəisi Aygün Hümbətova deyib ki, bir gün ərzində qaynar xəttə təxminən 4500 zəng daxil olur. Zənglərin təxminən mini hadisə və cinayətlərlə bağlı olur. Digərləri isə polisə aid olmayan mövzular olur.

Qeyd edək ki, "102" - Zəng Mərkəzinə cinayətlərlə bağlı ən çox zəng oğurluq, soyğunçuluq, hadisələrdən isə yol qəzaları ilə bağlı olur. Bəzən zəngləri qəbul edən xanım polislərlə kobud rəftar edənlər də çıxır. Bunlar əsasən Daxili İşlər Nazirliyinə aid olmayan şikayətlərdir.

Son bir neçə ildə Azərbaycanda keçirilən mötəbər beynəlxalq idman yarışları ilə əlaqədar çoxsaylı turistlərin gəlişini nəzərə alan Daxili İşlər Nazirliyinin rəhbərliyi "102" - Zəng Mərkəzində çalışan xanım əməkdaşları bir neçə xarici dil öyrənmək üçün kurslara cəlb edib. Məqsəd müraciət edən əcnəbilərə vaxtında kömək etməkdir.


Odur ki, qarşılaşdığınız, şahidi olduğunuz hadisə və cinayətlə bağlı məlumatı ilk olaraq ''102'' xidmətinə verin.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh