Bakıda yol polislərinə yeni formalar verilir, amma ... - FOTO

Yol polisi 18 Avqust 2019 00:48 Oxunub 3521
Bakıda yol polislərinə yeni formalar verilir, amma ... - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxtda bütün yol polisi əməkdaşları yeni formalarda deyil

Artıq Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti əməkdaşlarına yeni uniformaların verilməsinə başlanılıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, lakin paytaxtda bütün yol polisi əməkdaşları yeni formalarda deyil. Məsələ ilə bağlı BŞDYPİ-dən bildiriblər ki, yeni formalar ilk olaraq Bakının mərkəzi hissəsində xidmət həyata keçirən yol polisi əməkdaşlarına paylanılıb: “Yaxın günlərdə Bakının digər rayonlarında da əməkdaşlara yeni formalar paylanacaq. Bundan sonra mərhələli şəkildə respublika üzrə bütün yol polisi əməkdaşlarına yeni formaların paylanılması həyata keçiriləcək”.

Qeyd edək ki, yeni forma əvvəlkilərdən gödəkçə, köynək və kəmərləri ilə fərqlənir. Belə ki, yol patrul xidməti əməkdaşlarına verilən yeni formada köynək və gödəkçə qara rənglidir. Gödəkçənin üzərinə ağ xətt əlavə edilib. Yol-patrul xidməti əməkdaşlarına verilən yeni köynək isə əvvəlki kimi ağ deyil, qara rənglidir. Köynəyin üzərində qırmızı zolaq yerləşdirilib. Köynəyin materialı və dizaynı da əvvəlkilərdən fərqlənir.

Yeni formada yol-patrul xidməti əməkdaşının kəmərinin rəngi isə əvvəlki kimi ağ olsa da, materialı dəyişib.



ŞƏRH YAZ
Ad

E-mail

Şərh