Azərbaycanda iki uşağı maşın vurdu, biri öldü - FOTO

Qaydalar 18 Avqust 2019 01:19 Oxunub 4058
Azərbaycanda iki uşağı maşın vurdu, biri öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Abşeronda 13 yaşlı oğlanı vuran maşının sürücüsü qaçıb, YPX yaxalayıb

Ağsu rayonunda piyadanın ölümü nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, H.Əliyev prospektində "Niva" markalı minik maşını 4 yaşlı yerli sakin Məmmədova Nəzrin Elimağa qızını vurub. Zərbənin təsirindən ağır xəsarət alan azyaşlı hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Abşeron rayonunun Masazır qəsəbəsində də piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəsəbə ərazisində piyadalar üçün nəzərdə tutulmuş zolaqdan keçmək istəyən 10-13 yaşlı oğlanı avtomobil vurub. Sürücü maşınla ərazidən uzaqlaşıb. Lakin ərazidə xidmət aparan Yol Patrul Xidmətinin avtomobili onu təqib edərək yaxalayıb. Qəzada xəsarət alan azyaşlı ətrafdakıların köməkliyi ilə yaxınlıqdakı xəstəxanaya aparılıb.
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh