Məşhur jurnalist reportaj zamanı təyyarə qəzasında öldü - FOTO

Qəzalar 18 Avqust 2019 10:57 Oxunub 984
Məşhur jurnalist reportaj zamanı təyyarə qəzasında öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis insidentlə bağlı araşdırmalara başlayıb

ABŞ-da Yeni Orleanın yerli xəbər aparıcısı Nensi Parker təyyarə qəzasında dünyasını dəyişib.

Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident avqustun 16-sı, 53 yaşlı Parkerin pilot haqqında hazırladığı reportaj zamanı, çətin fəndlər yerinə yetirərkən baş verib. Bu barədə “NBC” telekanalı məlumat yayıb.

Məlumata görə, jurnalistlə birgə reportajın qəhrəmanı da ölüb.

Telekanalın bildirdiyinə görə, Parker bütün fəaliyyəti dövrü ərzində 5 Emmi mükafatı alıb.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh