Göygöl rayonunda yük maşını yanıb - VİDEO

Qəzalar 18 Avqust 2019 17:55 Oxunub 972
Göygöl rayonunda yük maşını yanıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakı-Qazax avtomobil yolunda yük maşını yanıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə magistral yolun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.  Belə ki, 1988-ci il təvəllüdlü Vüsal Həşimovun idarə etdiyi "MAZ" markalı ot daşıyan yük maşını hərəkətdə olan zaman alışıb. Sürücü hadisə zamanı xəsarət almasa da yük maşını yük yerində olan otla bərabər yanıb.  Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh