İti avtomobilə bağlayıb dedi: “aqressiv idi, ona görə də...”  - VİDEO

Avtosfer TV 18 Avqust 2019 18:44 Oxunub 1502
İti avtomobilə bağlayıb dedi: “aqressiv idi, ona görə də...”  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ilə bağlı araşdırmalara başlanılıb

Hərəkətdə olan avtomobilə bağlanmış itin görüntüləri şahidlər tərəfindən sərt reaksiya ilə qarşılanaraq qeydə alınıb. Avtosfer.az "Vkontakte”yə istinadən xəbər verir ki, insident Moskva əyalətinin Kiyevski avtomagistralının 37-ci kilometrliyində baş verib.

Görüntülərdə, halsız vəziyyətdə olan alabay cinsli itin maşının yanı ilə hərəkət etdiyi görülür. Digər avtomobil sürücüləri bu ürək ağrıdıcı hadisəni görüb maşının qarşısını kəsməyə cəhd göstəriblər. İlk öncə o, heyvanı verməkdən imtina edib, ancaq bir müddət sonra maşını və iti yolda qoyaraq qaçıb. Daha sonra sürücü itin dostuna məxsus olduğunu deyib.

Onun sözlərinə görə, it ayağından xəsarət alıb və maşına mindirmək istəyəndə özünü aqressiv aparıb. Nəticədə sürücü məcbur qalaraq iti maşına bağlayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. İti zoopark əməkdaşları tərəfindən qoruma altına alınıb.

Avtosfer.az həmin video çarxı təqdim edir:

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh