Təyyarənin havada mühərriki dayandı: magistral yola qəza enişi etdi - VİDEO

Avtosfer TV 18 Avqust 2019 19:28 Oxunub 1798
Təyyarənin havada mühərriki dayandı: magistral yola qəza enişi etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə xilasetmə briqadaları cəlb edilib

Xorvatiyada təlim-idman təyyarəsi yola qəza enişi edib. Avtosfer.az “RenTV”yə istinadən xəbər verir ki, insident Zaqreb-Rieka A6 avtomagistralında qeydə alınıb.

Məlumata görə, təyyarənin göyərtəsində şəxsi aviasiya məktəbinin tələbəsi və təlimçisi olub, onlar xəsarət almayıblar.

Təlimçinin sözlərinə görə, uçuş zamanı 300 metr hündürlükdə mühərrikdə nasazlıq yaranıb.

Hadisə yerinə xilasetmə briqadaları cəlb edilib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh