Polis avtomobili yük maşınına çırpıldı: 1 polis öldü, digəri isə yaralandı - VİDEO

Avtosfer TV 18 Avqust 2019 22:45 Oxunub 2594
Polis avtomobili yük maşınına çırpıldı: 1 polis öldü, digəri isə yaralandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsidentlə bağlı cinayət işi açılıb

Rusiyanın Moskva şəhərində yük maşının və yol patrul avtomobilinin iştirakı ilə baş verən qəzanın görüntüləri yayımlanıb.

Avtosfer.az “Life.ru”ya istinadən xəbər verir ki, hadisə Sevastoplski prospektində qeydə alınıb.

Görüntülərdə, polis avtomobilinin yüksək sürətlə ötmə əməliyyatını yerinə yetirmək istədiyi görülür. Yük maşınının sürücüsü avtomobilin sirenalarını eşidərək nəqliyyat vasitəsini sağa çəkir. Lakin bu anda toqquşma baş verir və avtomobil çevrilir.

Qəza nəticəsində avtomobildə olan iki polis əməkdaşı xəsarət alıb. Onlardan biri daha sonra həyatını itirib.

İnsidentlə bağlı cinayət işi açılıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh