Polislər yanan avtobusdan insanları belə xilas etdilər - VİDEO

Gündəm 18 Avqust 2019 19:58 Oxunub 2055
Polislər yanan avtobusdan insanları belə xilas etdilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis məmurları yanğını yanğınsöndürmə balonları ilə ram edə biliblər

Polislər yanan avtobusdan insanları xilas ediblər. Avtosfer.az “Life.ru”ya istinadən xəbər verir ki, hadisə Rusiyanın Buryatiy vilayətində baş verib. Bu barədə DİN Regional idarəsindən məlumat verilib.

Məlumatda deyilir ki, Ulan-Ude şəhəri üzrə Post Patrul Xidmətinin inspektorları polis kapitanı Bato Dambaev və kiçik leytenantı polis Leonid Budaev, Sovetov rayonunda işıqforda yanan marşrut avtobusu görüblər və qaçaraq sərnişinlərə köməklik göstərərək onları oradan evakuasiya ediblər. Polis məmurları yanğını yanğınsöndürmə balonları ilə ram edə biliblər.

İnsident nəticəsində xəsarət alan olmayıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh