Yol polisi çimərliklərdə aksiyaları davam etdirir - VİDEO

Yol polisi 19 Avqust 2019 09:38 Oxunub 1650
Yol polisi çimərliklərdə aksiyaları davam etdirir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
70-dən artıq sürücü ilə yol polisi əməkdaşları tərəfindən söhbətlər aparılıb

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və Avtosfer.az saytının təşəbbüsü ilə çimərliklərdə yol hərəkətini təhlükəsizliyinə dair maarifləndirici aksiyalar keçirilir. Tədbirlər çərçivəsində bu gün Xəzər rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ilə birlikdə daha bir neçə çimərliklərdə maarifləndirmə işləri aparılıb. Aksiya zamanı müxtəlif maarifləndirici şüarlar əks olunan şüarlar çimərliklərin girişinə vurulub.

70-dən artıq sürücü ilə yol polisi əməkdaşları tərəfindən söhbətlər aparılıb. Onlara Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış bukletlər təqdim olunub.

Maarifləndirici materiallarda sürücülərə çəkələklə avtomobil idarə etməmək, çimərlik ərazisində sürmə təlimi keçməmək, spirtli içki qəbul edərək sükan arxasında əyləşməmək və digər vacib tövsiyələr əksini tapır. Sürücülər yol polisinin bu aksiyasını yüksək qiymətləndirib və belə maarifləndirici tədbirlərin çimərliklərdə keçirilməsinin faydalı olduğunu söyləyiblər. 
Qeyd edək ki, Bakı şəhər DYP-nin keçirdiyi bu aksiya digər çimərliklərdə də davam etdiriləcək.

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh