Yasamalda səfirlik attaşesi qəzaya düşdü

Qəzalar 19 Avqust 2019 11:07 Oxunub 953
Yasamalda səfirlik attaşesi qəzaya düşdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Dünən saat 17:30-da Yasamal rayonu, Tbilisi prospektində yol-nəqliyyat hadisəsi baş verib.  Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, 1976-cı il təvəllüdlü Şaiq İbrahimovun idarə etdiyi “Mercedes” markalı 90-NO-987 dövlət qeydiyyat nişanlı avtomobillə Misir səfirliyində attaşe işləyən 1984-cü il təvəllüdlü Ahmed Mohamed Fathenin idarə etdiyi səfirliyə məxsus “BMW” markalı 012D004 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.  Hadisə nəticəsində xəsarət alan olmayıb, avtomobillərə maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh