Avtobus yük maşını ilə toqquşdu: 13 ölü, 20 yaralı
Qəzalar 19 Avqust 2019 11:17 207 dəfə oxunub
Avtobus yük maşını ilə toqquşdu: 13 ölü, 20 yaralı
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub

Hindistanın mərkəzində avtobusun və yük maşınının iştirakı ilə baş verən ağır yol qəzasında 13 nəfər ölüb, 20 nəfər isə xəsarət alıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə avqustun 18-i gecə saatlarında Maharaştra ştatında qeydə alınıb. Bu barədə “DNA” nəşri məlumat yayıb.

Dövlət avtobusu Auranqabad şəhərindən Şahad yaşayış məntəqəsinə gedirmiş. Avtobusda 45 sərnişin olub.

Məlumata görə, avtobus Dhule dairəsi ərazisində yük maşını ilə toqquşub.

Hər iki nəqliyyat vasitəsinin sürücüsü həyatlarını itiriblər. Yaralılar xəstəxanalara çatdırılıblar. Onlardan səkkizinin vəziyyəti ağırdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad
E-mail
Şərh