Biri güldü, o biri bıçaq çıxardı: qız-oğlan birləşib sürücünü soydular - VİDEO
Avtosfer TV 19 Avqust 2019 12:02 2751 dəfə oxunub
Biri güldü, o biri bıçaq çıxardı: qız-oğlan birləşib sürücünü soydular - VİDEO
Polis 2 gənci həbs edib

Polşada iki gənc mindikləri taksinin sürücüsünü soyub. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, insident paytaxt Varşavada baş verib. Maşının təhlükəsizlik kamerası tərəfindən qeydə alınan görüntülərdə, 17 yaşlarında olan iki gəncin (biri oğlan biri qız) arxa oturacaqda oturduqları və qızın həm sürücüyə, həm də oğlana baxaraq gülümsədiyi görülür. Əl çantasından bıçağı çıxaran oğlan taksi sürücüsünü boğazın söykəyərək hədə-qorxu gəlir. Bu zaman arxa oturacaqda oturan qız gülümsəyərək sürücünün cibindəki pulları çıxarır və oğlanla birgə avtomobili tərk edirlər.

Hadisədən bir müddət keçdikdən sonra sürücü kadrları sosial şəbəkədə yayımlayır.

Bildirilir ki, polis videoçarxı izlədikdən sonra dərhal hərəkətə keçərək 2 gənci həbs edib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh