Sabah Bakıda 37 dərəcə isti olacaq
Gündəm 19 Avqust 2019 13:15 156 dəfə oxunub
Sabah Bakıda 37 dərəcə isti olacaq
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq, şərq küləyi əsəcək

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, Bakıda gecə 21-23° isti, gündüz 35-37° isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 30-40% olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-39° isti°, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti təşkil edəcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh