Diqqət! Bu yolda təmir işləri aparılır
Gündəm 19 Avqust 2019 13:27 255 dəfə oxunub
Diqqət! Bu yolda təmir işləri aparılır
Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-33-cü km-lik hissəsində nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh