Bakı metrosunda qatarların intervalında fasilə yaranıb
Gündəm 19 Avqust 2019 13:46 217 dəfə oxunub
Bakı metrosunda qatarların intervalında fasilə yaranıb
Hazırda hər iki xətt üzrə interval bərpa olunub və qatarlar normal hərəkətini davam etdirir

Bakı metrosunda qatarların intervalında fasilə yaranıb. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, fasilə "İçərişəhər" stansiyasında qeydə alınıb: "Səhər saatlarında "İçərişəhər" stansiyasında texniki səbəblərdən qatarın depoya yola salınması və yerinə qatar verilməsi nəzərdə tutulsa da, qatara baxış keçirən təlimatçı-maşinist hər hansısa nasazlıq olmadığını müəyyən edib. Onun qərarına əsasən qatar xətdə saxlanılıb. Bu səbəbdən bütün xətt boyu 10 dəqiqəlik gecikmə qeydə alınıb".

B.Məmmədov bildirib ki, hazırda hər iki xətt üzrə interval bərpa olunub və qatarlar normal hərəkətini davam etdirir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh