Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Gündəm 19 Avqust 2019 13:52 239 dəfə oxunub
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 22 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 6 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh