Abşeronda qadına zor tətbiq edərək pul və telefonunu alıblar
Gündəm 19 Avqust 2019 14:26 460 dəfə oxunub
Abşeronda qadına zor tətbiq edərək pul və telefonunu alıblar
Əvvəllər məhkum olunmuş Ə.Hüseynov saxlanılıb

Abşeron rayon sakini olan bir qadına zor tətbiq edib pul kisəsini soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Ə.Hüseynov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 30-da rayon sakini olan bir qadına zor tətbiq edib içərisində 50 manat və mobil telefon olan pul kisəsini soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Hüseynov saxlanılıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh