Maks Ferstappen: "Formula 1"də Hemiltondan geri qalmayan 3-4 pilot var"
Yarışma 19 Avqust 2019 15:52 833 dəfə oxunub
Maks Ferstappen: "Formula 1"də Hemiltondan geri qalmayan 3-4 pilot var"
O, nəticənin maşından asılı olduğunu vurğulayıb

“Mən yalnız Hemiltona köklənməmişəm. Lüis kimi eyni nəticələrə nail ola biləcək başqa əla pilotlar da var”. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu “Formula 1” üzrə dünya çempionatında çıxış edən Avstriyanın “Red Bull” komandasının piloti Maks Ferstappen yarışın rəsmi saytına açıqlamasında deyib. 22 yaşlı hollandiyalı pilotun sözlərinə görə, hazırda “Formula 1”də Hemiltondan geri qalmayan 3-4 sürücü var. O, nəticənin maşından asılı olduğunu vurğulayıb.

Qeyd edək ki, cari mövsümdə yalnız Maks Ferstappen Almaniyanın “Mercedes” komandasının hegemonluğuna son qoya bilib. O, Avstriya və Almaniya Qran-prilərinin qalibi olduğu halda, Lüis Hemilton 8, Valtteri Bottas isə 2 mərhələdə 1-ci yeri tutub. Hazırda Hemilton 250 xalla liderdir. Ondan 69 xal geri qalan Ferstappen isə 3-cü sıradadır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh