Yevlaxda ağır yol qəzası: xəsarət alanlar var
Qəzalar 19 Avqust 2019 15:57 340 dəfə oxunub
Yevlaxda ağır yol qəzası: xəsarət alanlar var
Faktla bağlı araşdırma aparılır

Yevlaxda ağır yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə hadisə Xaldan-Şəki avtomobil yolunun Xanabad kəndi yaxınlığından keçən hissəsində baş verib. 'VAZ-2101” və “VAZ-2199” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alanlar – Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Teymurova Nüvər Oxşar qızı,  onun oğlu, 2017-ci il təvəllüdlü Teymurov Sadiq Bəhruz oğlu, Bərdə rayon sakini, 2010-cu il təvəllüdlü Kərimov Ruzi Vilayət oğlu və onun bacısı, 2005-ci il təvəllüdlü Kərimova Fidan Vilayət qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh