TIR-la toqquşan mikroavtobus tarlaya “uçdu”: 6 ölü, 9 yaralı - FOTO
Avtosfer Foto 19 Avqust 2019 16:33 515 dəfə oxunub
TIR-la toqquşan mikroavtobus tarlaya “uçdu”: 6 ölü, 9 yaralı - FOTO
Polis qəza ilə b ağlı araşdırmalara başlayıb

Türkiyənin Nevşəhər vilayətində TIR-ın və mikroavtobusun iştirakı ilə baş verən yol qəzasında 6 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb.

Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident avqustun 19-u səhər saatlarında Acıgöl-Gülşəhər avtomagistralında qeydə alınıb.

Məlumata görə, 50 AG 452 qeydiyyat nömrə nişanlı yük maşını, 50 ZB 455 qeydiyyat nömrə nişanlı servis mikroavtobusu ilə toqquşub. Qəzanın şiddətindən mikroavtobus yoldan çıxaraq tarlaya yuvarlanıb. Nəticədə mikroavtobusda olan işçilərdən altısı ölüb, 9-u isə hadisə yerinə gələn təcili tibbi yardım maşınları ilə Nevşəhər Dövlət Xəstəxanasına çatdırılıblar.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh