Motosiklet sürücüsü qayda pozub qəza törədib, anası polisi günahlar sayır - VİDEO
Yol polisi 19 Avqust 2019 17:54 563 dəfə oxunub
Motosiklet sürücüsü qayda pozub qəza törədib, anası polisi günahlar sayır - VİDEO
Hüquqazidd əməli ört-basdır etmək cəhdidir

Sosial şəbəkələrdən birində Bakı şəhər sakini Mehriban Məmmədxanova  oğlunun idarə etdiyi motosikletin “Ford” markalı avtomobil tərəfindən vurulmasını və həmin avtomobilin hadisə yerindən qaçdığını, o cümlədən polis əməkdaşları tərəfindən işin düzgün araşdırılmadığını qeyd edir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, vətəndaş M.Məmmədxanovanın sosial şəbəkədə səsləndirdiyi iddialar həqiqətdən uzaqdır və böhtan xarakteri daşıyan həmin fikirlərin heç bir hüquqi əsası yoxdur. Belə ki, avqustun 7-də Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsində vətəndaş Məhəmməd Məmmədxanov sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Hajoe” markalı motosikletlə sürücüYasəf İbadovun idarə etdiyi “Ford-Tranzit” markalı avtomobillə toquşub. Nəticədə M.Məmmədxanov yüngül xəsarətlər alıb.

Faktla əlaqədar dərhal Xətai RPİ-nin Təhqiqat Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, sürücü Y.İbadovun izahatı alınmış, məhkəmə-tibbi və yol-nəqliyyat ekspertizaları təyin edilib. 

M.Məmmədxanov hadisə yerinin müayinəsi aparılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb, araşdırma zamanı izahat verməkdən və məhkəmə-tibbi ekspertizasının müayinəsindən keçməkdən imtina edib, hadisə yerinə gəlmiş anası Mehriban Məmmədxanova isə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib.

M.Məmmədxanov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə toplanmış material rayon məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə ona 200 manat məbləğində cərimə təyin edilib.

Məhkəmə iclasında M.Məmmədxanov yol-nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş verdiyini və müayinə zamanı əsəbi olduğundan polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmadığını etiraf edib.

Videonu izlədikdə özünüz də şahidi olacaqsınız ki, vətəndaş M.Məmmədxanovanın bu cür qərəzli məlumatlar yayması,  oğlunun törətdiyi hüquqazidd əməli ört-basdır etmək üçün uğursuz cəhddir. 

 

Emin

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh