Bakı metrosu yeni dərs ilindən qış rejiminə keçir
Gündəm 19 Avqust 2019 19:11 165 dəfə oxunub
Bakı metrosu yeni dərs ilindən qış rejiminə keçir
Xəttə əlavə 4 qatar buraxılacaq

Sentyabrın 16-da ölkədə yeni tədris ilinin başlaması ilə bağlı "Bakı Metropoliteni" QSC yeni iş qrafikinə keçir. Avtosfer.az xəbər verir ki. bu barədə Trend-ə açıqlamasında QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, yeni tədris ili ilə bağlı hazırlıqlar görülür və bəzi yeniliklər gözlənilir: "Yeni tədris ili üçün bizdə payız-qış qrafikinə keçid başlayır. Qatarların hərəkəti daha da sıxlaşdırılacaq və intervallar azalacaq. Bundan əlavə, yaxın günlərdə iki qatar xəttə buraxılacaq. Bu ayın axırına kimi isə daha iki qatar gətiriləcək. Yeni tədris mövsümündə Bakı metropolitenində kondisionerlə təchiz edilmiş qatarların sayı 11, vaqonların sayı isə 55 olacaq”.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh