Millət vəkilinin saxlanılan oğlu - FOTO
Qəzalar 19 Avqust 2019 19:47 1731 dəfə oxunub
Millət vəkilinin saxlanılan oğlu - FOTO
Mirhəmid Nərimanlı özünü vergi orqanlarına “Relax” istirahət mərkəzinin vəzifəli şəxsi kimi təqdim edib

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı barəsində bu gün məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir.  Mirhəmid Nərimanlı özünü vergi orqanlarına “Relax” istirahət mərkəzinin vəzifəli şəxsi kimi təqdim edib.

Qeyd edək ki, deputatın qardaşı oğlu Orxan Nərimanlı barəsində də məhkəmənin qərarıyla həbs qətimkan tədbiri seçilib. M.Nərimanlı, O. Nərimanlı və bir neçə başqa şəxs Lerikdə yerləşən “Relax” istirahət mərkəzinə gələn vergi  əməkdaşlarına qarşı zor tətbiq etməkdə təqsirləndirilirlər.




ŞƏRH YAZ
Ad
E-mail
Şərh