Suraxanıda yol qəzasında 4 nəfər yaralanıb

Qəzalar 20 Avqust 2019 00:33 Oxunub 1111
Suraxanıda yol qəzasında 4 nəfər yaralanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində yolda 2 avtomobil toqquşub, 4 nəfər yaralanıb.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda, "Buta Palace"-ın yaxınlığında baş verib. 

"BMW X5" markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olan zaman idarəetməni itirərək eyni yolda hərəkətdə olan "VAZ 2104" markalı minik avtomobilinə çırpılıb.

Qəza zamanı "VAZ 2104"-də olan 4 nəfər - 1993-cü il təvəllüdlü Əliyev Coşqun Vəli oğlu, 1994-cü il təvəllüdlü Məmmədzadə Hacı İntiqam oğlu, 1996-cı il təəvəllüdlü Gözəlov Yavər Mehman oğlu və 1987-ci il təvəllüflü Nurullayev Ceyhun Təvəkkül oğlu yaralanıb.

Xəsarət alan şəxslər təcili olaraq xəstəxanaya çatdırılıb. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh