Şəhərin mərkəzində “Range Rover” “Tesla” ilə toqquşdu: 3 piyada yaralandı - FOTO

Avtosfer Foto 20 Avqust 2019 08:46 Oxunub 1693
Şəhərin mərkəzində “Range Rover” “Tesla” ilə toqquşdu: 3 piyada yaralandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb

Ukraynanın Kiyev şəhərinin mərkəzində iki avtomobilin iştirakı ilə baş verən yol qəzasında 3 piyada yaralanıb. Avtosfer.az “UNİAN” portalına istinadən xəbər verir ki, insident Saksaqansk ilə Lev Tolstoy küçələrinin kəsişməsində qeydə alınıb.

Məlumata görə, “Range Rover”in sürücüsü bir neçə avtomobilə çırpıldıqdan sonra piyada keçidinə tərəf istiqamət alıb. Bundan sonra “Range Rover” daha bir maşınla toqquşub, qəzanın zərbindən avtomobil idarəetmədən çıxaraq piyadaları vurub.

Nəticədə “Tesla”nın sürücüsü və 3 piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh