Ucarda yük avtomobilində baş verən yanğın söndürülüb

Qəzalar 21 Avqust 2019 08:16 Oxunub 782
Ucarda yük avtomobilində baş verən yanğın söndürülüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fakt araşdırılır

Ucarda yük avtomobilində baş verən yanğın söndürülüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "QAZel" markalı, 90-GU-639 dövlət nömrə nişanlı yük maşınının sürücüsünün kimliyi bəlli olub. Bu, Şəki sakini, 1966-cı il təvəllüdlü Bayramov Əhməd Qurbanəli oğludur.  Qeyd edək ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Fakt araşdırılır.

***23:31

Ucarda yük maşını yanır. Hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. "QAZel" markalı yük maşını hərəkətdə olarkən qəfil avtomobilin mühərrikində alovlanma başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Fakt araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh