Daha bir vicdansız sürücü: iti maşınla öldürdü - VİDEO

Avtosfer TV 21 Avqust 2019 18:38 Oxunub 1422
Daha bir vicdansız sürücü: iti maşınla öldürdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis sürücünü yaxalamaq üçün araşdırmalara başlayıb

İstanbulun Başaqşəhər rayonunda sürücü küçədə yatan iki itdən birini vuraraq hadisə yerindən qaçdığı anların görüntüləri təhlükəsizlik kamerasına düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə avqustun 15-i səhər saatlarında Qayaşəhər Bozcaada küçəsində yerləşən bir binanın qarşısında qeydə alınıb.

Kadrlarda küçədə iki itin yatdığı və bir avtomobilin irəlilədiyi görülür.

İtlərdən biri nəqliyyat vasitəsinin yaxınlaşdığını hiss edərək son anda əzilməkdən qurtulub. Lakin digər it maşının təkərinin altında qalaraq ölüb, sürücü isə durmayaraq yoluna davam edib.

Vəziyyəti polisə bildirən məhəllə sakinləri sürücüdən şikayət ediblər.

Polis sürücünü yaxalamaq üçün araşdırmalara başlayıb.

Avtosfer.az baş verən hadisənin o anlarının təqdim edir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh