Hacıqabulda ağır yol qəzası: 1 ölü, 1 yaralı

Qəzalar 21 Avqust 2019 10:25 Oxunub 908
Hacıqabulda ağır yol qəzası: 1 ölü, 1 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Hacıqabul rayonunun Nəvahi kəndində baş verən yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hərəkətdə olan “Mercedes” markalı avtomobilin qarşıda gedən “KaMAZ” markalı avtomobilin arxa hissəsinə çırpılmas nəticəsində Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü İsmayılov Vüsal Raqif oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

***08:05

 

Hacıqabulda 1 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə səhər saatlarında rayonun Nəvahi kəndində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıda gedən “KaMAZ” markalı avtomobilin arxa hissəsinə çırpılıb. Hadisə zamanı “Mercedes”də olan sərnişinlərdən 1-i ölüb, daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh