Pilot Rəşad Atakişiyev niyə katapult etməyib? - Mümkün EHTİMALLAR

Yazarlar 21 Avqust 2019 13:33 Oxunub 4919
Pilot Rəşad Atakişiyev niyə katapult etməyib? - Mümkün EHTİMALLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Uçuş zamanı elə məqam yarana bilər ki...”

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant  Rəşad Atakişiyevin nəşi bu gün II Fəxri Xiyabanda torpağa tapşırıldı. Mərhum pilotun qayınatası Qabil Hüseynli mətbuata açıqlamasında bildirib ki, pilot katapult etməyib, katapult olsaydı, bəlkə də Rəşad Atakişiyev sağ qala bilərdi”.

Bəs pilotun katapult (katapult sistemi pilotun aviasiya vasitəsindən kənarlaşdırılması üçün metoddur-red.) səbəbləri nələr ola bilər?

Avtosfer.az xəbər verir ki, təyyarədə katapultun edilməməsinin səbəbləri barədə hərbi icmalçı, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram  Modern.az-a danışıb. Nazim Bayram deyir ki, bəzi hallar var ki, pilotun katapult etməyə imkanı olmur: “Uçuş zamanı elə məqam yarana bilər ki, pilotun katapult üçün fürsəti olmaz. Bu bir neçə halda mümkündür. Belə ki, pilot təyyarəni xilas edə bilmək üçün sonadək mübarizə aparır və katapult anı gecikir.  Təyyarədə ani partlayış baş verərsə də pilot katapult edə bilməz.  Ya da elə ola bilər ki, pilot katapult edir, lakin katapult mexanizmi “sboy” verir. İstisna hal da odur ki, uçuş zamanı pilotun qəfil ürəyi dayanır və bu prosesi yerinə yetirmək olmur”.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-də gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayaraq, Xəzər dənizinə düşüb. Bir neçə günlük axtarışlardan sonra öncə təyyarənin qalıqları və “qara qutu”su tapılıb. Dünən isə pilot Rəşad Atakişiyevin nəşi sudan çıxarılıb. Bu gün səhər satlarında Polkovnik-leytenant Rəşad Atakişiyev II Fəxri Xiyabanda torpağa tapşırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh