Bakıda dəhşət: uşaq və qadın "Kamaz"ın altından son anda xilas oldu - VİDEO

Avtosfer TV 21 Avqust 2019 13:28 Oxunub 5876
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə anbaan kameraya düşüb

Bakıda dəhşətli qəzanın qarşısı son anda alınıb. Avtosfer.az xəbər verir ki, 10 TH 407 dövlət nömrə nişanlı marşurut avtobusu piyada keçidinin üstündə saxlayıb. Bu zaman hərəkətdə olan "Kamaz" markalı yük maşını onu ötmək istəyir. Piyada keçidindən bir neçə metr irəlidə, avtobusun qabağından uşaq yola qaçır. Qadın isə onun ardınca gedir. Son anda yük maşının altına düşməkdən xilas olur. "Kamaz"ın sürücüsü manevr edir, eyni zamanda qadın uşağın əlindən tutaraq geri çəkilir. Nəticədə bədbəxt hadisə baş verimir. 

Avtobus piyada keçidinin üstündə dayanmaqla, "Kamaz" sürücüsü sürəti azaltmamaqla qaydanı pozur. Piyadalar isə müəyyən olunmuş yerdən yolu keçməlidir. Videonu təqdim edirik:

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh