Ferrari noyabr ayında yeni superkar təqdim edəcək

Avtodünya 21 Avqust 2019 15:32 Oxunub 3514
Ferrari noyabr ayında yeni superkar təqdim edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni GT modeli haqqında məlumat sirr olaraq saxlanılır

Ferrari şirkəti noyabr ayında yeni modeli təqdim edəcəkdir. İtalyan şirkətinin prezidenti Con Elkann Gran Turismo sinifinə aid olan superkarın istehsalı markanın satışlarını artıra bilər.

Elkann illik satışların artımının Ferrari şirkətinin strategiyasına təsir etməyəcəyini bildirib və «satışların Porsche şirkətinin göstəricilərinə çatdırmağın» əsas məqsəd olmadığını bildirib. İtalyan markasının qısamüddətli perspektivdə qarşısında duran hədəf 2022-ci ilə qədər satışlardan əldə edilən vəsaitin 5 milyard avroya çatdırılmasıdır. Müqayisə üçün, 2017-ci ildə Ferrari satışlardan 3,4 milyard avro qazanc əldə edib. 

İlin əvvəlində Ferrari beş yeni modeli təqdim edəcəyini bəyan edib. Bu modellərdən birincisi F8 Tributo, ikincisi isə, SF90 Stradale olub. Frankfurt avtosalonunda F8 Tributo modelinin açıq kuzovlu variantı təqdim edilməlidir.

Daha bir yeni model tamçəkişli Ferrari GTC4Lusso modelinin yenilənmiş versiyası olacaqdır. Yeni GT modeli haqqında məlumat sirr olaraq saxlanılır. Yeganə məlum olan, avtomobilin V6 mühərrikinin əsasında yaradılan hibrid güc qurğusu ilə təchiz ediləcəyidir. (Autograph)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh