Kürdəmirdə avtomobil beton maneəyə çırpıldı: xəsarət alan var

Qəzalar 21 Avqust 2019 19:48 Oxunub 866
Kürdəmirdə avtomobil beton maneəyə çırpıldı: xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Kürdəmir rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.  Belə ki, 1976-cı il təvəllüdlü Mehdiyev Elxan Nurəddin oğlunun idarə etdiyi 99 DV 239 dövlət nömrə nişanlı "Opel" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə E.Mehdiyev yüngül dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh