Vilayət Eyvazovdan yol polisi ilə bağlı daha bir TƏYİNAT

Yol polisi 21 Avqust 2019 20:18 Oxunub 7827
Vilayət Eyvazovdan yol polisi ilə bağlı daha bir TƏYİNAT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Leysanog buna qədər idarədə inspektor vəzifəsində çalışıb

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsi ilə bağlı əmr imzalayıb. Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, sözügedən vəzifənin icrası polkovnik-leytenant Leysanov Afiyyədin Bahəddin oğluna tapşırılıb. O, buna qədər sözügedən idarədə inspektor vəzifəsində çalışıb.

Qeyd edək ki, bunadək Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsini uzun illər yol polisinin əsas simalarından biri olmuş polis polkovniki Müşfiq Rəhimov icra edib. O, avqustun 13-də öz raportuna əsasən, vəzifəsindən azad olunaraq sərəncama götürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh