Təyyarə qalxma-enmə zolağında yandı – FOTO + VİDEO

Qəzalar 22 Avqust 2019 09:34 Oxunub 1122
Təyyarə qalxma-enmə zolağında yandı – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsidentlə bağlı araşdırmalara aparılır

ABŞ-ın Kaliforniya ştatında “Cessna” təyyarəsi yanıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Oroville şəhərindəki hava limanında qeydə alınıb. Bu barədə Federal Aviasiya Administrasiyası məlumat yayıb.

Məlumata görə, təyyarə qalxma-enmə zolağında texniki nasazlıq səbəbindən hərəkəti dayandırılıb və qısa müddət sonra alovlanmağa başlayıb. Göyərtədə olan 10 sərnişin və ekipaj üzvləri dərhal evakuasiya ediliblər. Polisin “Twitter” hesabından yaydığı fotoşəkillərdə təyyarənin iki hissəyə bölündüyü və tamamilə yandığı görülür.

İnsidentlə bağlı araşdırmalara aparılır.

 

Namiq Musayev

Посмотреть изображение в Твиттере

Посмотреть изображение в Твиттере

ŞƏRH YAZ
Ad

E-mail

Şərh