DİN sürücülərə müraciət edib: Avtomobildə qiymətli əşyalar saxlamayın

Gündəm 22 Avqust 2019 13:09 Oxunub 732
DİN sürücülərə müraciət edib: Avtomobildə qiymətli əşyalar saxlamayın
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Daewoo”dan mobil telefon oğurlayan şəxs saxlanılıb

Bakıda avtomobildən oğurluq olub. DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də Tbilisi prospektində Bakı şəhər sakini Q.Əkbərova məxsus “Daewoo” markalı avtomobildən açıq qalmış pəncərədən girmək yolu ilə mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini F.Məmmədov saxlanılıb. DİN bir daha vətəndaşların nəzərinə çatdırır ki, avtomobillərini park etdikdə və ya qısa müddətdə ayrıldıqda belə nəqliyyat vasitələrinin qapılarını bağlasınlar, salonda qiymətli əşyalar saxlamasınlar.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh