Bakıda 20 min manatlıq təkər oğurlayanlar saxlanılıblar

Gündəm 22 Avqust 2019 13:35 Oxunub 757
Bakıda 20 min manatlıq təkər oğurlayanlar saxlanılıblar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində

Binəqədi rayonu ərazisindəki mağazaların birindən 150 ədəd avtomobil təkəri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, hadisə avqustun 20-də baş verib. Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 20 000 manat dəyərində 150 ədəd avtomobil təkəri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Rəhimov, X.Sadıqov və Ağstafa rayon sakini M.Əliyev saxlanılıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh